İsmayıllıda qanunsuz ağac kəsən şəxs tapılıb 

21:59 16.02.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsmayıllı rayonunun Quşencə kəndi ərazisindəki meşə sahəsində vələs ağaclarının kəsilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən hafta.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirlər nəticəsində həmin ağacların kənd sakini Coşqun Mitəlov tərəfindən kəsildiyi müəyyən edilib və onun izahatı alınıb.

Faktla bağlı şöbənin təhqiqat bölməsində araşdırma aparılır.